“Qərb ölkələrinin iştirakı ilə Rusiya Federasiyasına zərbələr onların Rusiyaya qarşı birbaşa müharibəsi deməkdir”.
Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.
Putin bildirib ki, Moskva buna mütləq reaksiya verəcək:
“Rusiyanın bununla bağlı cavabı isə asimmetrik ola bilər.
Çünki Rusiyanın Kiyevi silahla təmin edən ölkələrdə həssas hədəflərə hücumların həyata keçiriləcəyi bölgələrə silah vermək hüququ var”.
Bizim.Media