Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”

Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”

Hazırda oxunan: Səfir: “Pakistan hər zaman Azərbaycanın yanındadır”

1958

Müdafiə sənayesi naziri Mədət Quliyev Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayeni qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə  Müdafiə Sənayesi Nazirliyi məlumat yayıb.

Məlumata görə, M.Quliyev Bilal Hayeni təyinatı münasibətilə təbrik edərək, onun iki dost ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inandığını bildirib.

Görüş zamanı M.Quliyev Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biri olduğunu vurğulayıb. Ermənistan silahlı qüvvələrinin hazırda davam edən təcavüzü ilə bağlı dost ölkənin qəti mövqeyini və hər zaman Azərbaycanın yanında olmasının xalqımız tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.

M.Quliyev son günlər Pakistanda baş verən terror aktları ilə əlaqədar günahsız insanların öldürülməsi və yaralanması ilə bağlı səfirə dərin hüznlə başsağlığı verib.

Səmimi qəbula görə təşəkkürünü bildirən səfir Bilal Haye Pakistanın həmişə Azərbaycanın yanında olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO