Zakir Həsənov Türkiyəyə BAŞSAĞLIĞI VERDİ  

Zakir Həsənov Türkiyəyə BAŞSAĞLIĞI VERDİ  

Hazırda oxunan: Zakir Həsənov Türkiyəyə BAŞSAĞLIĞI VERDİ  

195661

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Yaşar Gülerə və Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Metin Güraka başsağlığı ünvanlayıb. 

Müdafiə Nazirliyindən Bizim.Media-ya bildirilib ki, başsağlığında deyilir: 
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyədə hərbi təlim təyyarəsi qəzaya DÜŞDÜ: Pilotlar həlak oldu – VİDEO  


"Kayseri şəhərində qardaş Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus SF-260D tipli hərbi təlim təyyarəsinin qəzaya uğraması nəticəsində pilotların şəhid olması xəbəri məni çox kədərləndirdi. 

Sizin acınız bizim də acımızdır. Faciəvi qəza zamanı bütün həlak olanların yaxınlarının və əzizlərinin kədərinə şərik olduğumuzu bildirir, onlara Allahdan səbir diləyirik. 

Ruhları şad, xatirələri əziz olsun. 

Allah rəhmət eləsin". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO