Böyük Britaniyanın "The Sunday Times" qəzetinin yazdığına görə, Fransa Prezidenti Emmanuel Makron baş vermiş etirazlar fonunda Yeni Kaledoniyaya münasibətdə özünün əvvəlki planlarından geri çəkilməyə məcbur olub. Belə ki, bu ada ərazisində səfərdə olan Makron Parisə qayıtmazdan öncə loyal və müstəqillik tərəfdarları ilə görüşdə sonradan adaya gələn fransalılara səsvermə hüququ qazandıran islahatın ertələnməsinə razılaşıb. Qeyd olunub ki, məhz bu dəyişikliyin gündəmə gəlməsi Yeni Kaledoniyada çaxnaşmalara səbəb olub.
Qeyd edək ki, ada əhalisinin 40 faizini yerli kanak sakinləri təşkil edir. Onların etirazlarına səbəb gəlmələrə səsvermə hüququnun verilməsinin ərazinin ilkin sakinlərinin seçki səlahiyyətlərinin məhdudlaşmasına rəvac verməsidir. Bu fonda da Yeni Kaledoniyanı bir müddətdir ki, etiraz dalğası bürüyüb. Məhz onun nəticəsi olaraq Paris 10 ildən artıq adada yaşayan gəlmələrə seçki hüququnun verilməsi planından geri çəkilməli olub.
Fransa niyə geri addım atdı?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, dünyada cərəyan edən yeni qlobal proseslər və xalqların öz azadlıq mübarizələrini daha sistemli şəkildə aparmaları fonunda Parisin kolonial siyasəti həyata keçirmək imkanları da xeyli dərəcədə məhdudlaşıb:
“Hazırkı mərhələdə kolonializmin istənilən formasına qarşı dünya miqyasında ciddi çıxışlar baş verir. Dünyanın hazırkı inkişaf mərhələsində imperalizm siyasətini əvvəlki tək həyata keçirmək mümkünsüzdür. Fransa Afrika qitəsində belə özünün kolonial siyasətini əvvəlki formada həyata keçirə bilmir. Xalqlar öz azadlıqları uğrunda getdikcə daha fəal mübarizə aparır.
Bu baxımdan hesab edirəm ki, Yeni Kaledoniyada cərəyan edən proseslər təkcə Fransa ilə ada əhalisi kanaklar arasında olan məsələ deyil. Azərbaycan da daxil olmaqla dünyanın bir sıra təsirə malik ölkələri Fransanın Yeni Kaledoniyada həyata keçirdiyi özbaşınalıqlara qarşı mövqe nümayiş etdirməkdə, ona qarşı çıxmaqdadırlar. Paris də sözsüz ki, həmin reallıqları görməyə məcburdur. O baxımdan Fransa Yeni Kaledoniya ilə bağlı mövqelərini yumşaltmağa məhkumdur.
Fransa sözsüz ki, bu yumşalmanı humanizm prinsiplərinə söykənməklə etmir, əksinə, ona münasibətdə dünya miqyasında yaranan etiraz və təpkilərin təsiri altında edir.
Hesab edirəm ki, Fransa bir müddətdən sonra ümumiyyətlə özünün kolonializm siyasətindən geri çəkilmək məcburiyyətində qalacaq. Artıq Parisin kolonial siyasəti həyata keçirməsi imkanları xeyli məhdudlaşıb. Dünyada cərəyan edən yeni qlobal proseslər bunu mümkünsüz edir.
Digər tərəfdən, dünya xalqları da yeni dünya reallıqlarına uyğun öz azadlıqları uğrunda daha sistemli mübarizə aparmaq imkanlarına malik olurlar”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:40 / 28.05.2024
Fransadan GERİ ADDIM – Parisin Yeni Kaledoniya planı İFLASA UĞRADI
Hazırda oxunan: Fransadan GERİ ADDIM – Parisin Yeni Kaledoniya planı İFLASA UĞRADI
Hazırda oxunan: Fransadan GERİ ADDIM – Parisin Yeni Kaledoniya planı İFLASA UĞRADI
194323
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.