İlham Əliyev: «Ermənistan həmişə bizi müharibəyə təhrik edib»

İlham Əliyev: «Ermənistan həmişə bizi müharibəyə təhrik edib»

Hazırda oxunan: İlham Əliyev: «Ermənistan həmişə bizi müharibəyə təhrik edib»

1942

“Bizim vəzifəmiz Azərbaycanın ərazi bütövlüyünü bərpa etmək idi və biz bu vəzifəyə yaxınlaşırıq. Biz ərazi bütövlüyünün bərpasını demək olar ki, 30 il idi gözləyirdik”.

Bizim.media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliyanın “La Republica” qəzetinə müsahibəsində deyib.

Azərbaycanın danışıqlar prosesinə ciddi şəkildə sadiq olduğunu deyən dövlət başçısı bunun hər hansı əhəmiyyətli nəticə vermədiyindən təəssüfləndiyini bildirib:

“Bundan əlavə, son bir neçə ildə Ermənistan rəhbərliyi öz bəyanatları və əməlləri, o cümlədən hərbi təxribatları ilə bizi hər zaman təhrik edirdi. Sonuncusu sentyabrın 27-də baş verdi. Biz cavab verməli olduq və bizim cavabımız Ermənistan üçün çox həssas idi. Biz qələbədən danışarkən qarşımıza belə bir hədəf qoymamışdıq. Biz onu danışıqlar masasında həll etmək istəyirdik. Lakin biz bunu döyüş meydanında etməyə hər zaman hazır idik və bunu da edirik”-deyə Prezident əlavə edib.

Bizim.media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO