“Biz Ukraynada heç nə itirməmişik” - Putin

“Biz Ukraynada heç nə itirməmişik” - Putin

Hazırda oxunan: “Biz Ukraynada heç nə itirməmişik” - Putin

193914

“Ukraynada hərbi əməliyyatların başlaması ilə Rusiya heç nə itirməyib”.

 

Sfera.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin 7-ci Şərq İqtisadi Forumunda çıxışı zamanı bildirib.

 

"Əminəm ki, Ukraynada əməliyyatın başlaması ilə biz heç nə itirməmişik və heç nə itirməyəcəyik. Əsas qazanc suverenliyimizin möhkəmlənməsidir və bu, hazırda baş verənlərin qaçılmaz nəticəsidir", - Rusiya lideri bildirib.

 

Putinin sözlərinə görə, həm dünyada, həm də ölkə daxilində əməliyyatla bağlı “müəyyən qütbləşmə” var.

 

"Amma mən inanıram ki, bu, yalnız fayda verəcək, çünki lazımsız, müvəqqəti olan, irəli getməyimizə mane olan hər şey rədd ediləcək, biz təkan, inkişaf tempi qazanacağıq. Çünki müasir inkişaf yalnız suverenliyə əsaslana bilər", - Putin deyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO