Təəssüf ki, Avropada bəzi siyasətçilər fərqli siyasət yürüdən digər ölkələrin liderlərinə münasibətdə hədə-qorxu dililə danışmağa üstünlük verirlər. Belə bir hədəylə Gürcüstanın baş naziri İrakli Kobaxidze də üzləşib.
TASS-ın məlumatına görə, Kobaxidze “Xarici agentlər haqqında” qanunla bağlı müzakirələr zamanı Avropa komissarlarından birinin onu da Slovakiyanın Baş naziri Robert Fitsonun həyatına son sui-qəsd nümunəsi ilə qorxutmağa çalışdığını bildirib.
“Hətta Qərbdən uzun müddətdir davam edən şantaj fonunda Avropa komissarlarından biri ilə telefon danışığında mənə qarşı hədə heyrətləndirici idi.
Avropa komissarı mənimlə söhbətində bu qanuna veto aradan qaldırılarsa, Qərb tərəfdaşlarının görə biləcəyi bir sıra tədbirləri sadalayıb və daha sonra qeyd edib:
“Fitso ilə hansı hadisənin baş verdiyini gördünüz, çox diqqətli olmalısınız”, - o qeyd edib.
İ.Kobaxidze deyib ki, Slovakiyanın Baş naziri Robert Fitsoya sui-qəsd cəhdi ilə bağlı ölkələrdən birinin xüsusi xidmət orqanlarının izi aşkarlanıb və bu dövlət “qlobal müharibə tərəfdarları” ilə xüsusilə sıx bağlıdır.
Gürcü baş nazirinin bu açıqlaması onun sui-qəsdlə təhdid olunduğunun göstəricisi sayıla bilər.
Bua çıqlama onu deməyə əsas verir ki, özünü demokratiyanın beşiyi hesab edən Qərb digər ölkələrə və onların liderlərinə münasibətdə hətta ən çirkin və qanundan kənar addımlar atmaqdan belə çəkinmirlər. Bu müstəvidə də Qərbin istəyilə oturub-durmayan liderləri sui-qəsdlə hədələyirlər.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Elşən Mirzəoğlu bildirir ki, öz maraqlarına cavab verməyən digər dövlətlərin liderlərini təhdid və şantaj etmək imperalist dövlətlərin uzun illər həyata keçirdikləri siyasətə xarakterik cəhətdir:
“Təəssüf ki, başqa ölkələrin liderlərini təhdid etmək, onlara hədə-qorxu gəlmək siyasəti demokrat inkişafdan dəm vuran dövlətlərin daha çox imperalist maraqlarından irəli gəlir. Özü də bu zaman bir qayda olaraq Qərbin Rusiya ilə olan münasibətlərini, onun müasir dünya nizamı ilə bağlı baxışlarını bölüşməyən dövlətlərin liderləri hədəfə gəlir. Bu Slovakiyanın sui-qəsdə məruz qalan baş nazirinə də, habelə Qərbdə müəyyən dairələr tərəfindən təhdid edildiyini bəyan edən Gürcüstanın baş naziri Kabaxidzeyə də aiddir.
Təxminən iki il bunadn əvvəl Yaponiyanın sabiq baş naziri də məhz Rusiya ilə münasibətlərə verdiyi önəmə görə sui-qəsd nəticəsində aradan götürüldü. İndiyə qədər həmin cinayətin səbəbləri də aşkarlanmayıb. Bütün bunlar onu göstərir ki, Qərbin özünün siyasi baxışlarını bölüşməyən dövlətlərin liderlərinə münasibəti qanunun tələb etdiyi çərçivədə deyil, qanundan kənar çərçivədədir.
Bu da təbii ki, imperalist dövlətlərin uzun illər həyata keçirdikləri siyasətə xarakterik cəhətdir. Hazırda Yeni Kaledoniyada yaşanan hadisələr də Qərbdə demokratiyadan dəm vuran Fransa imperalizminin kanak xalqının azadlıq mücadiləsinə qarşı neomüstəmləkə siyasətinin bariz göstəricisidir”.
Həmsöhbətimizin fikrincə, nə qədər ki, müstəqil, öz dövlətlərinin milli maraqlarına uyğun siyasət sərgiləmək istəyən liderlər var, onlar bu və ya digər mənada Qərbdəki bəlli dairələrin təhdid və təzyiqlərinə məruz qalacaqlar:
“Belə bir siyasətin Macarıstan lideri Viktor Orbana qarşı yürüdüləcəyini də istisna etmirəm”.
Rüfət Sultan, Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:00 / 25.05.2024
Qərb imperializminin YENİ TAKTİKASI – İndi də liderləri sui-qəsdlə hədələyirlər...
Hazırda oxunan: Qərb imperializminin YENİ TAKTİKASI – İndi də liderləri sui-qəsdlə hədələyirlər...
Hazırda oxunan: Qərb imperializminin YENİ TAKTİKASI – İndi də liderləri sui-qəsdlə hədələyirlər...
193825
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.