Fransalı politoloq: “Paris Bakını ittiham edərək daxili problemlərdən yayınmağa çalışır” – ÖZƏL 

Fransalı politoloq: “Paris Bakını ittiham edərək daxili problemlərdən yayınmağa çalışır” – ÖZƏL 

Hazırda oxunan: Fransalı politoloq: “Paris Bakını ittiham edərək daxili problemlərdən yayınmağa çalışır” – ÖZƏL 

193433

“Fransanın daxili işlər naziri Gerald Darmaninin Azərbaycanı Fransanın daxili işlərinə, xüsusən də Yeni Kaledoniyaya müdaxilə etməkdə ittiham etməsi bir sıra suallar doğurur. Bu bəyanatlar xarici faktorları qabardaraq, diqqəti daxili məsələlərdən yayındırmaq cəhdi kimi də qiymətləndirilə bilər”. 

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Parisdə fəaliyyət göstərən Strateji Təhlil və Geosiyasi Tədqiqatlar Mərkəzinin sədri Naim Asas bildirib. Fransanın Azərbaycanı daxili məsələlərə müdaxilədə ittiham etməsini şərh edən politoloq, bunu Parisin hər zaman olduğu kimi daxili proseslərdən yayınmaq üçün kənarda düşmən yaratma cəhdi kimi qiymətləndirib.

“Fransa Ermənistana dəstəyi ilə Azərbaycanla münasibətləri gərginləşdirib” 

“Digər tərəfdən, bunlar Fransanın daxili işlərində xarici təsirlərlə bağlı artan narahatlığı əks etdirir. Lakin konkret sübut olmadan bu ittihamlar əsassız görünə bilər və ikitərəfli münasibətləri daha da gərginləşdirmək riski daşıyır. Daxili işlər naziri Azərbaycanı tez-tez digər xalqların işlərinə qarışmaqda ittiham olunan Rusiyaya yaxın bir ölkə kimi qəbul edir. Bu assosiasiya Azərbaycanı sabitliyin pozulması cəhdləri ilə əlaqələndirməyi asanlaşdırır. 

Fransa ilə Azərbaycan arasında münasibətlər, əsasən, Parisin Ermənistana dəstəyi ilə onsuz da gərginləşib. Bu kontekst Azərbaycanı Fransa hakimiyyətinin gözündə bu cür ittihamlar üçün asan hədəfə çevirir”, - deyə N.Asas bildirib.

“Gərginliyi aradan qaldırmaq çətin olacaq”

Fransanın addımları ilə Bakı-Paris münasibətlərində gərginliyin artdığına diqqən çəkən Naim Asas, bundan sonrakı uzun müddət ərzində normallaşmanın real görünmədiyini qeyd edib:

“Fransa ilə Azərbaycan arasında münasibətlər bir sıra gərginlik və anlaşılmazlıqlarla müşahidə olunur və Fransanın Ermənistana açıq dəstəyi ilə daha da kəskinləşir. Bu kontekstdə çox güman ki, Fransanın Ermənistana dəstəyi davam etdikcə və qarşılıqlı müdaxilə ittihamları artdıqca münasibətlər gərgin olaraq qalacaq. 
Fransa Ermənistanla əlaqələrini gücləndirməyə davam edə bilər, Azərbaycan isə Rusiya və Türkiyə kimi digər regional güclərlə müttəfiqliklərini möhkəmləndirməyə çalışa bilər. Fransa və Azərbaycan arasında dialoq və əməkdaşlıq imkanları çox güman ki, məhdud olacaq. Gərginliyi aradan qaldırmaq üçün diplomatik təşəbbüslər zəruri olacaq, lakin hazırkı şəraitdə bunlara nail olmaq çətin olacaq”, - deyə Naim Asas əlavə edib.

Tehran Orucoğlu, Bizim.Media  
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO