İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ 

İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ 

Hazırda oxunan: İlham Əliyev qazaxıstanlı həmkarına ZƏNG ETDİ 

192564

Mayın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə zəng edib. 

Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev Kasım-Jomart Tokayevi ad günü münasibətilə təbrik edib, ona cansağlığı və dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. 

Kasım-Jomart Tokayev göstərilən diqqətə və təbrikə görə təşəkkürünü bildirib. 

Telefon söhbəti zamanı yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığımızın daha da möhkəmlənməsi işinə xidmət etdiyi vurğulanıb, bu baxımdan bir müddət əvvəl Qazaxıstan Prezidentinin ölkəmizə səfərinin önəminə toxunulub. 
Dövlət başçıları Azərbaycan ilə Qazaxıstan arasında dostluq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığın perspektivləri və gələcək təmaslar barədə fikir mübadiləsi aparıblar. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO