Zəngəzur dəhlizindən iki yolumuz olacaq – Deputat AÇIQLADI 

Zəngəzur dəhlizindən iki yolumuz olacaq – Deputat AÇIQLADI 

Hazırda oxunan: Zəngəzur dəhlizindən iki yolumuz olacaq – Deputat AÇIQLADI 

19256

Azərbaycan Prezidenti İlham Əlyev Zəngilan rayonuna səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlinin qoyulduğunu və bu dəmiryolunun Azərbaycanın əsas hissəsini Zəngəzur dəhlizi vasitəsilə Naxçıvana birləşdirəcəyini bəyan edib.

Bizim.Media xəbər verir ki, məsələni “Facebook” hesabında şərh edən millət vəkili, iqtisadçı Vüqar Bayramov ümumi uzunluğu 100 kilometr olan bu dəmir yolu xəttinin ölkəmiz üçün həm strateji, həm də ciddi iqtisadi əhəmiyyətə malik olduğunu vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur koridoru açılır... - Hadisələrin TƏHLİLİ


O, qeyd edib ki, bununla yanaşı sözügedən dəmir yolu xətti  Zəngəzur dəhlizinin əsas elementlərindən biri olacaq: 

“Artıq dəmiryolunun inşaatı ilə bağlı işlər gedir. Bu xətt işğaldan azad olunan ərazilərimizə gediş-gəlişi daha da asanlaşdıracaq və vətəndaşlarımız alternativ nəqliyyat imkanından istifadə edə biləcəklər. Bərpa və yenidənqurma prosesindən sonra işğaldan azad olunan ərazilərimizə getmək istəyənlərin sayının çox olacağını nəzərə aldıqda bu nəqliyyat infrastrukturunun üstünlüklərini təsəvvür etmək çətin olmaz.

Dəmir yolu nəqliyyatının inkişaf etdirilməsi kontekstində dəhlizin istifadəyə verilməsi praktik olaraq Azərbaycanı regionun nəqliyyat qovşaqlarının habına çevirir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin formalaşmasında yaxından iştirak edir, birbaşa həmin nəqliyyat dəhlizlərinin regional hissəsinin inkişafına, həm də maliyyə dəstəyi nümayiş etdirir”. 

Deputat bildirib ki, Horadiz-Ağbənd dəmir yolu xətti Naxçıvanın Azərbaycanın əsas ərazisi vasitəsilə həmin nəqliyyat dəhlizlərinə çıxışını təmin edəcək:
 

“Xüsusən də Şərq-Qərb nəqliyyat dəhlizinə naxçıvanlı iş adamlarının çıxışının təmini baxımından əhəmiyyətli olacaq. Dəhliz həm də Azərbaycanın qərb hissəsində fəaliyyət göstərən iş adamları ilə Naxçıvandakı iş adamları arasında əlaqələrin, əməkdaşlığın qurulması baxımından vacibdir ki, bu da qısa vaxtda məhsulların nəql edilməsinə imkan yaradacaq.


Bunun Azərbaycanın iqtisadi inkişafına, eləcə də Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatına müsbət təsirləri olacaq.

Zəngəzur dəhlizi ilə yalnız dəmiryolu deyil, eyni zamanda avtomobil yolunun da istifadəyə veriləcəyi gözlənilir”.

Alçina Amilqızı, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO