Avropa Müsəlmanları Forumu, ABŞ Prezidenti Joe Biden'in 1915 hadisələrini "soyqırımı" kimi xarakterizə etməsinə reaksiya olaraq, "Co Baydenin 1915-ci il hadisələrini “soyqırım” kimi xarakterizə etməsi ABŞ səlahiyyətlilərinin əsas ortağı olan NATO ilə Türkiyə arasında münasibətlərə yalnız uyğunsuzluq əlavə edir. Türk və İslam dünyasında ABŞ-ın nüfuzuna zərər vurur”.
Bizim.Media xəbər verir ki, bu fikirlər Avropa Müsəlmanları Forumunun bəyanatında qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Baydenin “erməni soyqırımı”deməsində Putin FAKTORU - “NBC News” YAZDI
Bəyanatda bildirilib ki, bu cür addımlar Ermənistanla müsəlman qonşuları olan Türkiyə və Azərbaycan arasında sülh prosesinin qurulmasına töhfə verə bilməz.
“"Cənab Baydenin tələsik və meylli qərarı, bütün tərəflərin bir əsr əvvəl mübahisəli və qeyri-müəyyən hadisələri konstruktiv şəkildə nəzərdən keçirmə cəhdlərinə xələl gətirir"-deyə vurğulanıb.
Bildirilib ki, Avropa Müsəlman Forumu Cənubi Qafqazın geosiyasi mənzərəsini çətinləşdirən bu cür açıqlamdan təəssüflənir:
“Ümid edirik ki, belə xoşagəlməz vəziyyətdən çıxmaq üçün Ankara kifayət qədər müdrikliyə sahib olacaq. Avropa Müsəlman Forumu Qarabağ probleminin son həlli müddətində rəsmi Bakı ilə İrəvanın hər iki xalqın rifahı və dinc yanaşı yaşaması üçün razılığa gələ biləcəyini arzu edir".
Bizim.Media