“Biləcəridən o tərəfə getməyən təbliğatın nə mənası var?”- deyən, hüquq müdafiəçisi Sahib Məmmədov televiziyaları yarıtmaz təbliğatda ittiham etdib.
“Erməni bizə qarşı informasiya müharibəsini qlobal səviyyədə aparır. Qlobal məlumat mübadilə sistemləri yaradıblar. Saniyələr ərzində mütəşəkkil kampaniyalara start verə bilirlər. Biz nə edirik? Televiziyalarda ermənini ifşa edirik özümüz üçün.
MÖVZU İLƏ BAĞLI:
Qarabağda hansı radiolar yayımlanacaq? - MTRŞ-dan qərar
Özü də ifşa edənlərin xeyli hissəsi müharibə vaxtı ya susurdu, ya da qlobal informasiya məkanında ermənilərə qoşulub anti-müharibə (əslində anti-Azərbaycan) təbliğatı aparırdı. Özümüz bilmirik erməni kimdir? Biləcəridən o tərəfə getməyən təbliğatın nə mənası var?”
Bizim.Media xəbər verir ki, bunu hüquq müdafiəçisi Sahib Məmmədov özünün “Facebook” səhifəsində bölüşüb. Statusunun davamında o bildirib ki, ermənilərin əsas hədəf seçdiyi platformalardan biri də BMT-nin nizamnamə və müqavilə mexanizmlərindən istifadə etməklə anti-Azərbaycan fəaliyyəti aparmaqdır:
“İllər əvvəl uzun cəhdlərdən sonra hakimiyyətdə qərar qəbul edənləri birtəhər inandırdıq ki, biz də bu işə qoşulmalıyıq. Pis-yaxşı başladıq. Nə isə edə bildik. İndi hər şey dayanıb. Azərbaycan KİV-lərində bəyanat vermək, yaxşı halda sonra onu ingilis dilinə çevirib iki-üç e-mailə göndərməklə təşkilatlanmış, güclü resurslara malik qlobal erməni informasiya maşının qarşısına çıxmaq mümkün deyil”.
Hüquq müdafiəçisi sonda vurğulayıb ki, “xarici ölkələrdə yaşayan həmvətənlərin təşkil etdikləri aksiyaları alqışlayıram. Mənim yazdığım ayrı məsələdir və biz bu məsələdə yumuşaq desək, yaxşı vəziyyətdə deyilik”.
Bizim.Media