Prezidentdən BMT tribunasında Zəngəzurla bağlı SON AÇIQLAMA

Prezidentdən BMT tribunasında Zəngəzurla bağlı SON AÇIQLAMA

Hazırda oxunan: Prezidentdən BMT tribunasında Zəngəzurla bağlı SON AÇIQLAMA

19113

“Azərbaycan regionda dayanıqlı sülh və təhlükəsizliyi təmin etmək arzusundadır. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrinin icrasına mühüm töhfə vermişdir”.

Bizim.Media xəbər verir ki, bunu  Azərbaycan Prezidenti İlham Əliyev BMT-nın “Asiya və Sakin Okean hövzəsində regional əməkdaşlıq vasitəsilə böranlardan sonra daha güclü inkişafın təmin olunması” mövzusuna həsr edilən 77- ci sessiyasında söyləyib.

O bildirib ki, hazırda Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq “Zəngəzur nəqliyyat dəhlizi” üzərində çalışılır:

“Bu dəhliz Azərbaycana Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək. Mən Asiya və Sakit okean hövzəsindən olan tərəfdaş ölkələri bu regional layihənin potensialını nəzərdən keçirməyə dəvət edirəm”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO