Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri çərçivəsində İqtisadi və İnvestisiya Planının Azərbaycanda icrası müzakirə edilib.
Bizim.Media xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "X" hesabında məlumat verib.
“Avropa Komissiyasının qonşuluq və genişlənmə danışıqları üzrə baş direktoru Gert Yan Kopman ilə görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə edilib. Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Avropa İttifaqı ilə tərəfdaşlıq və Aİ ilə ümumi əməkdaşlıq istiqamətləri müzakirə edilib", - deyə nazir qeyd edib.
Avropa Komissiyasının qonşuluq və genişlənmə (@eu_near) danışıqları üzrə baş direktoru Gert Yan Kopman (@GertJanEU) ilə görüşdə bir sıra istiqamətlərdə əməkdaşlıq məsələlərini müzakirə etdik:
— Mikayil Jabbarov (@MikayilJabbarov) May 3, 2024
- Avropa İttifaqının (Aİ) 2021-2025-ci illər üzrə Şərq Tərəfdaşlığı prioritetləri… pic.twitter.com/J0V4yZn16P
Bizim.Media