Misirin “Aldiplomasy” informasiya portalında Azərbaycan və Türkiyənin dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığında ABŞ Prezidenti Co Baydenin qondarma “erməni soyqırımı” ilə əlaqədar bəyanatının qınandığı barədə xəbər yayılıb.
Bizim.Media xəbər verir ki, yazıda Prezident İlham Əliyevin sözügedən bəyanatı tarixi səhv adlandırdığı və onun qəbuledilməz olduğunu vurğuladığı yer alıb.
MÖVZU İLƏ BAĞLI:
Əliyev və Ərdoğan arasında telefon danışığı - Baydenin "erməni soyqırımı" ifadəsi qınanıldı
Xatırladaq ki, Azərbaycanın dövlət başçısı açıqlamanın regionda yaranmaqda olan əməkdaşlıq meyillərinə ciddi zərbə olduğunu söyləyib. Prezident İlham Əliyev Azərbaycanın hər zaman Türkiyənin yanında olduğunu qeyd edib.
Bizim.Media