“ABŞ da Avropa da Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar ki, bu dəstək hərbi sahəyə, hər hansı silahların təminatına deyil, ölkənin demokratiyasının güclənməsinə və Rusiyadan asılılğın azaldılmasına yönəlmiş olsun”.
Bizim.Media xəbər verir ki, bunu ADA Universitetində keçirilən “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edən Britaniyanın Azərbaycandakı sabiq səfiri Ceyms Şarp jurnalistlərə açıqlamasında bildirib.
“Qərbin Ermənistanı sosial, iqtisadi sahədə dəstəkləməsi və Rusiyadan asılılığın azaldılması yaxşı haldır. Mən strateji baxımdan bu dəstəklə bağlı narazı deyiləm. Ancaq eyni zamanda Azərbaycan tərəfinin də narahatlığını anlayıram. Azərbaycan düşünə bilər ki, bu yaxınlaşmaya görə Ermənistan Azərbaycanla konstruktiv danışıqlara getməz”.
Məhərrəm Əliyev, Bizim.Media
- A-
- A
- A+
Siyasət
21:09 / 23.04.2024
“ABŞ da, Avropa da Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar” - Ceyms Şarp
Hazırda oxunan: “ABŞ da, Avropa da Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar” - Ceyms Şarp
Hazırda oxunan: “ABŞ da, Avropa da Ermənistana dəstək baxımından diqqətli olmalıdırlar” - Ceyms Şarp
188656
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.