“Məktub və zənglərlə ölüm təhdidi almışam” – Ermənilər Kuznetsova 2 milyon təklif edib – ÖZƏL

“Məktub və zənglərlə ölüm təhdidi almışam” – Ermənilər Kuznetsova 2 milyon təklif edib – ÖZƏL

Hazırda oxunan: “Məktub və zənglərlə ölüm təhdidi almışam” – Ermənilər Kuznetsova 2 milyon təklif edib – ÖZƏL

18858

“Müxtəlif dövrlərdə ermənilərdən elektron poçtuma ölüm və fiziki zorakılıqla bağlı təhdid xarakterli məktublar gəlib. Mənə hədə ilə dolu zənglər də olub. Belə təhdidlərlə, əsasən 2012, 2013 və 2014-cü illərdə qarşılaşmışam. Rus dilində ancaq söyüş söyə bilən insanların məktubları ən çox Ermənistandan göndərilib”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında rusiyalı politoloq, tarixçi və qafqazşünas Oleq Kuznetsov səsləndirdi. 

O, əlavə etdi ki, bütün bu sadaladıqları ermənilərin son on ildə ona qarşı etdiklərinin sadəcə bir faizidir:

“Bütün bunlara səbəb isə mənim “Qarabağ konfliktinin mifləri barədə həqiqət” monoqrafiyamın təqdimatı oldu. Həmin monoqrafiyada mən sənədlər və konkret faktlarla “Regnum”da yayılan tarixi toplulardakı falsifikasiyaları ifşa etdim. Tarasovun internetdə yayılan məlumatlarında bir neçə saxtakarlıqlar tapdım. Və Qarabağla bağlı orijinal tekstləri dərc etdim.
 

MÖVZU İLƏ BAĞLI:

Daşnak uydurmalarını ifşa edən rus - Oleq Kuznetsovun YUBİLEYİ


Digər paylaşımda isə Tarasovun qaynağın içindən hansı hissələri çıxardığını göstərdim. 2010-cu ildə Rusiyada uydurma erməni soyqırımı ilə bağlı sənədlərin 3 cildli ensiklopediyası çap olundu. Həmin kitabları arxiv faylların əsli ilə tutuşduranda da minimum 12 sənədin ermənilərə sərf edən formada korrektə olunduğunu müəyyən etdim”.

Oleq Kuznetsov Rusiyada nəşr olunan digər erməni cəfəngiyyatlarından mübarizə apardığı barədə başqa nümunələr də gətirdi. Həmin kitablarda ermənilərin işinə yarayan nağılların çox olduğunu deyən Kuznetsov bildirdi ki, belə nəşrləri təkzib edən əsərlərin müəllifidir:

“Bununla da məni erməni millətçiliyinin rəqibi kimi qələmə verməyə başladılar. Və rusdilli erməni mətbuatının hamısında mənə qarşı təzyiqlər start götürdü. Pulla ələ almaq istədilər. Kasıb adam üçün kifayət qədər çox pul idi. Fəaliyyətimi dayandırmaq üçün 2 milyon rubl təklif etdilər. Lakin bununla razılaşmadım. Və ermənilər mənim şəxsi biznesimi (sahibkarlıq məsləhətxanası) də hədəfə aldılar”.

Rusiyalı politoloqun sözlərinə görə, ermənilərin ona üçüncü təzyiq dalğası 2015-ci ildə başlayıb. Səbəb isə, Kuznetsovun “XX əsrdə transmilli erməni terrorçuluğunun tarixi” monoqrafiyası olub:
 

“Hətta Rusiyada da kitabın nəşrinə qadağa qoyuldu. Çünki həmin dövrdə Kreml uydurma erməni soyqırımının 100 illiyini özünün geosiyasi təzyiq alətinə çevirmək istəyirdi. İrəvana Rusiya və Fransa prezidentlərinin gəlməsi, Çanaqqaladakı zəfərin ildönümünü qeyd etmək üçün Türkiyədə isə 70-ə yaxın ölkə liderinin toplaşması ilə hər şeyə aydınlıq gəldi.


Bununla da uydurma erməni soyqırımının yalnız 2 dövlət (Rusiya-Fransa) tərəfindən tanındığı ortaya çıxdı və bəlli oldu ki, erməni lobbisi ancaq Moskva və Parisə təsir etmək gücündədir. Dünyanın başqa ölkələrinə isə ermənilərin tanıtmağa çalışdığı məsələ maraqsızdır”. 

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO