Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycanla Ermənistan arasında danışıqlar üçün vasitəçiliyini təklif edib.
Bizim.Media xəbər verir ki, o, bu barədə İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Qazaxıstan Bakı və İrəvana maksimum kömək göstərməyə və iki ölkə arasında danışıqlar üçün platforma təqdim etməklə xoşməramlı missiyanı yerinə yetirməyə hazırdır.
Biz Bakı və İrəvanın sülh sazişi bağlamaq istəyini alqışlayırıq. Bizim əsas məqsədimiz iki dost ölkəmizin mövqelərini bir araya gətirmək, regionda sabit və dinc inkişaf üçün kommunikasiyaların açılmasını təmin etməkdir", - o bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:00 / 15.04.2024
Tokayev Azərbaycanla Ermənistan arasında vasitəçiliyini TƏKLİF ETDİ
Hazırda oxunan: Tokayev Azərbaycanla Ermənistan arasında vasitəçiliyini TƏKLİF ETDİ
Hazırda oxunan: Tokayev Azərbaycanla Ermənistan arasında vasitəçiliyini TƏKLİF ETDİ
187239
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.