“Əgər Qərb və bəzi regionda münaqişə yaradan ölkələrin məqsədləri Ermənistanı gücləndirmək, onu münaqişəyə sövq etməkdirsə, Azərbaycan da tək deyil. Və heç vaxt tək qalmayacaq, Türkiyə hər zaman onun yanındadır”.
Bizim.Media xəbər verir ki, bu sözləri İTV Xəbərə eksklüziv müsahibəsində Türkiyə Parlamentinin NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu deyib.
O qeyd edib ki, həmin ölkələr Ermənistana bir versələr, Türkiyə də öz növbəsində Azərbaycana üç dəfə çox verəcək. Amma Azərbaycanın məqsədi müharibə etmək yox, sülhdür. Azərbaycanın Ermənistan torpaqlarında gözü yoxdur, o, öz torpaqlarını geri qaytardı və dayandı. Yəni məqsəd işğal altında olan torpaqları geri qaytarmaq idi”.
Çavuşoğlu bildirib ki, Ermənistan tərəfi də yaxşı bilir ki, Türkiyə Azərbaycanla yaxın kordinasiya mübadiləsi, əməkdaşlıq olmadan, addım atmır:
“Lakin biz iki ölkə arasında münasibətlərin normallaşdırılmasını istəyirik. Biz reginoda sülh və əmin amanlıq tərəfdarıyıq. Ermənistana səslənirəm. 30 il ərzində Qərbin planları əsasında bölgə müharibə ocağına çevrilmişdi. Müharibə bitdi, gəlin, Cənubi Qafqazı yenidən quraq”.
Bizim.Media