ABŞ Dövlət katibi Antoni Blinkenlə telefon danışığı əsnasında bir çox məsələlərə, o cümlədən bu məsələyə də toxunulub. Prezident İlham Əliyev tərəfindən bildirilib ki, insan hüquqları məsələsini bəhanə edərək Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidmətinin AZƏRTAC-ın sorğusuna cavabında bildirilib.
Qeyd olunub ki, dövlət başçısı telefon danışığı zamanı, həmçinin vurğulayıb:
“Bir sıra Qərb ölkələrinin bu məsələ (insan hüquqları – red.) ilə bağlı ikili standartlara əsaslanan qərəzli açıqlamalarını qəbul etmirik”.
Prezident İlham Əliyev Antoni Blinkenə Ermənistanda müxalifət nümayəndələrinin həbsi, hətta həbs müddətində ölüm hallarının olması, insan hüquqlarının pozulması hallarını xatırladıb və bu kontekstdə Qərb ölkələrinin səssizliyinin başadüşülən olmadığını, bu kimi faktların məhz ikili standartların bariz nümunəsi olduğunu qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:06 / 04.04.2024
Prezident: “Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir”
Hazırda oxunan: Prezident: “Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir”
Hazırda oxunan: Prezident: “Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri tamamilə qəbuledilməzdir”
185651
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.