Ukraynanın tanınmış bloggerindən Azərbaycana kreativ dəstək

Ukraynanın tanınmış bloggerindən Azərbaycana kreativ dəstək

Hazırda oxunan: Ukraynanın tanınmış bloggerindən Azərbaycana kreativ dəstək

1849

Ukraynalı ictimai-siyasi xadim Volodimir Tsibulko Azərbaycana dəstəyini özünün sosial şəbəkə hesabında “Azərçay”ın şəklini paylaşmaqla bildirib.

“Həmrəyliyin çox əlaməti var! Siz azadlıq şərabını xatırlayırsınızmı? Bəs o zaman nə üçün həmrəylik çayı olmasın? Bu, marketinq deyil, bu sadəcə, həmrəylikdir! #Azərbaycan” – deyə o, qeyd edib.

Tsibulkonun bu paylaşımına görə həm azərbaycanlılar, həm də ukraynalılar müsbət rəylər yazıb, onunla həmrəy olduqlarını bildirərək, Ukrayna ilə Azərbaycan arasındakı isti münasibətləri vurğulayıblar. 

“Ukrayna 1992-ci ildə Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir...bizim dostluğumuz əbədidir, eşq olsun Ukraynaya!” – deyə həmyerlimiz Ali-İsa Dəmirov  yazıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO