Ermənilərin diversantları AŞPA-da əsir kimi təqdim etmə cəhdləri - Nigar Arpadaraidən açıqlama

Ermənilərin diversantları AŞPA-da əsir kimi təqdim etmə cəhdləri - Nigar Arpadaraidən açıqlama

Hazırda oxunan: Ermənilərin diversantları AŞPA-da əsir kimi təqdim etmə cəhdləri - Nigar Arpadaraidən açıqlama

18397

“Ermənistan tərəfinin gündəmə gətirməyə çalışdığı mövzulardan biri - erməni hərbi əsirlərin mövzusudur. Bunun ətrafında da müzakirələrin olması gözlənilir".

"Təbii ki, Azərbaycan nümayəndə heyəti  bütün müzakirələrdə aktiv olaraq iştirak edir və bizim üçün əsas olan Azərbaycan həqiqətlərini, o cümlədən işğaldan azad olunmuş ərazilərdə gedən prosesləri, minalanmış ərazilərin olmasını, ermənilərin mina xəritələrini vermək istəməməsini gündəmə gətirməkdir”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında hazırda Strasburqda səfərdə olan millət vəkili Nigar Arpadarai ermənilərin AŞPA-nın yaz sessiyasında Azərbaycan ərazisində ələ keçirilən diversant qrupunun hərbi əsir kimi təqdim etmə cəhdlərindən danışarkən deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

"Antiterror əməliyyatında tutulanlara əsir deyil, terrorçu deyilməlidir" - XİN rəhbəri


Onun sözlərinə görə, iclaslarda Azərbaycan tərəfi azad olunmuş ərazilərin, milli və mədəni irsimizin tam olaraq dağıdılması məsələlərini gündəmə gətirib.

“Bundan başqa qaçqınların öz yurdlarına qaytarılması da müzakirə ediləcək. Əslində Ermənistanın hərbi əsirlərlə bağlı müzakirəsinin nəticəsində heç bir sənədin qəbul olunması gözlənilmir. Sadəcə debat olaraq keçirilir. Biz iclaslarda aktiv fəaliyyət göstərir və bütün məsələlər ətrafında ciddi işləyirik”.

Nigar Arpadarai Azərbaycan tərəfinin hər zaman beynəlxalq hüquq çərçivəsində fəaliyyət göstərdiyini qeyd edib. 

O bildirib ki, Azərbaycan hər zaman sülh mesajları verir: 

“Ancaq təəssüflər olsun ki, Ermənistanın ritorikası bir qədər dəyişmir və bildiyiniz kimi dünyada və Avropada olan erməni diasporu mövzunun sülhə gətirilməsini istəmir. Ancaq bizim üçün ən önəmli olan işğaldan azad olunan ərazilərin bərpa olunması, icmaların birgə yaşaması və qaçqınlarımızın öz yurdlarına qayıtması məsələsidir”.

Xatırladaq ki, Avropa Şurası Parlament Assambleyasının yaz sessiyası öz işinə başlayıb. Sessiya 17-23 aprel tarixlərində Strasburqda keçirilir.
 

Milli Məclisin Avropa Şurası Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin üzvləri Sevinc Fətəliyeva, Rafael Hüseynov, Nigar Arpadarai, Kamal Cəfərov və Erkin Qədirli qurumun yaz sessiyasında iştirak edir. 


Qeyd edək ki, qış sessiyasında olduğu kimi, Assambleya hibrit formatında keçirilir. Yəni bir qrup nümayəndə heyəti Strasburqa səfər edib, digərləri isə onlayn formada iclaslara qatılır.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO