Bu, mənim NATO baş katibi kimi Bakıya ilk səfərimdir, amma bundan əvvəl mən 1990-cı illərdə Norveçin energetika naziri kimi bir neçə dəfə buraya gəlmək şərəfinə nail olmuşam.
Bizim.Media xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi birgə mətbuat konfransında deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev və Yens Stoltenberq mətbuata bəyanatla çıxış ediblər
“Həmin səfərlərlə bağlı xoş xatirələrim var, ən azı ona görə ki, bu ölkədə canlı və güclü enerji sektorunun inkişaf etdiyini gördüm. Buna görə də geri qayıtmaq, həmçinin enerji təhlükəsizliyini müzakirə etmək fürsəti əldə etmək çox gözəldir, çünki enerji bizim təhlükəsizliyimiz üçün vacibdir”, - o deyib.
Bizim.Media