Liviya Dövləti Prezident Şurasının Sədri Məhəmməd Yunis Əl-Mənfi Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Bizim.Media xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident.
Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırır, regional və beynəlxalq əlaqələrə töhfə verəcək vəzifənizin icrasında uğurlar arzulayırıq.
Liviya Dövləti ilə dost Azərbaycan Respublikası arasında yüksək səviyyəli münasibətləri vurğulamaqla yanaşı, ümumi maraq doğuran məsələlərdə Sizinlə gələcək əməkdaşlığı səbirsizliklə gözləyirik. Bütün sahələrdə və səviyyələrdə ikitərəfli əməkdaşlıq münasibətlərini möhkəmləndirən dost ölkələrimiz üçün ortaq məsələlərə xüsusi diqqət yetirəcəyinizə əminliyimizi ifadə edirik.
Dərin hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:47 / 12.03.2024
Liviya Dövləti Prezident Şurasının Sədri İlham Əliyevə məktub ÜNVANLAYIB
Hazırda oxunan: Liviya Dövləti Prezident Şurasının Sədri İlham Əliyevə məktub ÜNVANLAYIB
Hazırda oxunan: Liviya Dövləti Prezident Şurasının Sədri İlham Əliyevə məktub ÜNVANLAYIB
182276
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.