“Qərb Ermənistanı “səmimi” şəkildə dəstəkləyir. Amma problem ondan ibarətdir ki, onlar İrəvanı müharibəyə cəlb etmək üçün dəstək göstərirlər”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında sülh təşəbbüsləri ilə tanınan erməni fəal, bloqer İşxan Verdyan deyib.
MÖVZU İLƏ BAĞLI:
Ermənistan Hindistandan yeni silahlar ALACAQ
Qərbin Ermənistana artan “dəstəyini” şərh edən Verdyan, onların əsas məqsədinin müharibə olduğuna diqqət çəkib:
“Bəli, Fransa və digərləri Ermənistanı müharibə planlarını həyata keçirmək üçün dəstəkləyirlər. Qərbdə hələ də Ermənistanı müharibəyə cəlb etmək istəkləri var. Cənubi Qafqazda Rusiyaya ikinci cəbhənin açılması isə çox təhlükəlidir. Digər tərəfdən məlumdur ki, Rusiyanın Ermənistanla ümumi sərhədi yoxdur. Cənubi Qafqazda Rusiya ilə sərhədi olan iki ölkə var:
Azərbaycan və Gürcüstan. Gürcüstanla bağlı hər hansı hərbi fəaliyyət gündəmdə deyil. Azərbaycanın isə Rusiya ilə münasibətləri qaydasındadır.
Ona görə də, Qərbin Rusiyaya qarşı ikinci cəbhə açmaq planlarını Cənubi Qafqaz üzərindən reallaşdırması inandırıcı görünmür”.
Tehran Orucoğlu, Bizim.Media