Prezident: “Gözəlliyi, zərifliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar”

Prezident: “Gözəlliyi, zərifliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar”

Hazırda oxunan: Prezident: “Gözəlliyi, zərifliyi ilə seçilən Azərbaycan qadınları tariximizə parlaq səhifələr yazıblar”

181404

“Azərbaycan xalqı hər zaman qadına dərin ehtiram bəsləmiş, ana haqqını uca tutmuşdur. Ölkəmizdə dövlət qadın siyasətinin başlıca prinsipləri bu çoxəsrlik zəmin üzərində formalaşmışdır”.

Bizim.Media xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan qadınlarına təbrik məktubunda yer alıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev Azərbaycan qadınlarını TƏBRİK EDİB


Məktubda qeyd edilib ki, zəngin mənəvi-əxlaqi sərvətlərimizin qorunub saxlanılması və günümüzədək layiqincə yaşadılması analarımızın adı ilə sıx bağlıdır: 

“Gözəlliyi, zərifliyi və nəcibliyi ilə seçilən Azərbaycan qadınları, həmçinin hünər və igidlik göstərərək tariximizə parlaq səhifələr yazmışlar. Onlar taleyüklü bütün sınaq anlarında həmişə cəmiyyətimizə əsl mənəvi dayaq olmuş, 44 günlük Vətən müharibəsindəki fədakarlıqları ilə bu gerçəyi bir daha sübuta yetirmişlər”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO