Sahibə Qafarova Matviyenko ilə Qarabağı müzakirə etdi - DETALLAR - FOTO

Sahibə Qafarova Matviyenko ilə Qarabağı müzakirə etdi - DETALLAR - FOTO

Hazırda oxunan: Sahibə Qafarova Matviyenko ilə Qarabağı müzakirə etdi - DETALLAR - FOTO

18102

Aprelin 16-da Sankt-Peterburqa səfər çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenko ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Milli Məclisin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. 

V. Matviyenko bildirib ki, Rusiya və Azərbaycanın əlaqələri strateji müttəfiqlik səviyyəsindədir. 

Milli Məclisin Sədri Sahibə Qafarova isə bu əməkdaşlığın  inkişafında hər iki ölkənin parlamentlərinin rolunu qeyd edib. 

Artıq tarixə qovuşmuş Ermənistan-Azərbaycan münaqişəsinin həllindən danışan sədr  təəssüflə bildirib ki, Ermənistan tərəfinin Azərbaycanın beynəlxalq aləmdə tanınmış ərazisinə gizli şəkildə hərbçilər göndərməsi barədə informasiyalar daxil olur.

Azərbaycan tərəfində olan məlumata görə, döyüş əməliyyatları başa çatdıqdan sonra Ermənistanın Şirak vilayətindən, Gümrü şəhərindən və ətraf rayonlardan tərkibi 60 nəfərdən çox olan dəstələr Laçın dəhlizi vasitəsi ilə Azərbaycan ordusunun nəzarət etdiyi ərazilərə göndərilib və bu diversiya qrupları Azərbaycan hərbçilərinə və dinc əhaliyə qarşı terror aktları törədiblər.

Bu, birgə bəyanatın bəndlərinin kobud şəkildə pozulmasıdır, regionda sülhün və təhlükəsizliyin təminatına zərər verir. 

Sahibə Qafarova Azərbaycanın azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsinə toxunaraq qeyd edib ki, Ermənistan minalı ərazilərin xəritəsini hələ də Azərbaycana təqdim etməkdən boyun qaçırır. Bu isə beynəlxalq hüquq normalarına ziddir, hərbi cinayətdir.

Sədr beynəlxalq ictimaiyyətin bu məsələdə Ermənistana təzyiq göstərməsinin də vacib olduğunu qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO