Laçın dəhlizində 2 minə yaxın PKK/YPG yaraqlısı yerləşdirilib

Laçın dəhlizində 2 minə yaxın PKK/YPG yaraqlısı yerləşdirilib

Hazırda oxunan: Laçın dəhlizində 2 minə yaxın PKK/YPG yaraqlısı yerləşdirilib

1810

PKK yaraqlılarını Qarabağdakı döyüşlərə cəlb edilməsi üçün xeyli vaxt əvvəldən danışıqlar aparılırdı. Bizim.Media-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, Ermənistan xüsusi kəşfiyyat orqanlarının bir neçə rəhbər nümayəndəsi də bu danışıqlarda iştirak edib. 

Danışıqlar kürd yaraqlılarının militant qolu olan və Lahur Şeyx Cəngi Talabani və Bafel Talabaninin rəhbərlik etdiyi Kürdistan Vətənpərvər İttifaqı terrorçularının transfer planı barədə olub. Sövdələşmədən sonra Kürdistan Muxtar Regionunun rəhbəri Nexirvan Bərzanidən ilə kürd döyüşçülərin Dağlıq Qarabağa göndərilməsi üçün koridorun verilməsi istənilib. Bərzani belə bir dəhlizi açmaqdan imtina edib. 

Belə olan halda Ermənistan tərəfi Livandan, Suriyadan kürd muzdlu döyüşçülərini və erməni əsilli terrorçuları Suriya-İraq sərhədində yerləşən Qamışlı adlı regionda fərdi qaydada toplaşmasını istəyib. Həmin bölgədən eyni vaxtda iki qrup Dağlıq Qarabağa yola salınıb, müharibə başlandıqdan sonra isə üçüncü dəstə də Ermənistan ərazisinə keçib. 

Xarici mətbuatın yazdığına görə, PKK və təşkilatın Suriyadakı birliklərinin tərkibində yer alan "Nübar Ozaryan alayı"na bağlı terroçuların Qarabağda 7 düşərgə qurduğu müəyyən edilib.


Düşərgələr Ermənistanla Qarabağ arasında logistik dəhliz kimi istifadə edilən Laçın-Kəlbəcər xəttində yerləşir.

Bu bölgə ən məhsuldar su ehtiyatları ilə yanaşı zəngin yeraltı sərvtələrə malikdir. Burada qızıl və mis başda olmaqla 155 mineral yatağı beynəlxalq şirkətlər tərəfindən idarə olunur. PKK da Suriyada olduğu kimi burada həmin qaynaqların keşiyini çəkir.

Erməni sosial şəbəklərində Laçın dəhlizində yerləşdirilmiş yaraqlılarla bağlı bəzi informasiyalar da yayılıb. Laçın dəhlizini itirməmək üçün bütün qüvvələrin ora cəlb edilməsi planı var. Bu plana və terrorçu qüvvələr şəxsən Ermənistan Müdafiə naziri Tonyan rəhbərlik edir. 

Erməni əsgərlərinin döyüş meydanını qoyub qaçdığına görə müdafiə naziri bu boğazda daha çox PKK/YPG yaraqlılarının yerləşdirilməsinə üstünlük verib. Bu fakt həm, Rusiya mətbuatı, həm də bəzi xarici KİV-lər tərəfindən də gündəmə gətirilib. Xarici döyüşçülərin və muzdluların Ermənistan silahlı qüvvələri sıralarında olması “Reuters” agentliyinin reportajında da təsdiqlənib.

Buradakı terrorçular əsas PKK-nın İraqdakı dayaq mərkəzi hesab olunan Sülemaniyyədən, Suriyadan, Livandan gələnlərdir. 

Konkret olaraq Laçın koridoruna  iki minə yaxın PKK-a və YPG-in döyüşçüləri yerləşdirilib və onlara hər ay 600 ABŞ dolları ödənilir. Bu faktı Azərbaycan Ordusuna əsir düşən erməni əsgərləri də təsdiqləyib. 

Bəzi mənbələrin verdiyi məlumatda və kürd yaraqlılarının əldə olunan telefon danışqılarında bildirilir ki, onları bura aldadılaraq gətiriblər və hallarından məmnun deyillər. Çox vaxt qrup şəklində, döyüşlərdən imtina edirlər. Azərbaycan ordusunun peşəkarlığı və dron vahiməsi onları da qorxuya salıb. Onlar bu təcrübəni artıq bir dəfə yaşayıblar. 

İbrahim İbrahimli, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO