“Azərbaycan rus peyvəndinin istehsalına başlaya bilər” - Matviyenko 

“Azərbaycan rus peyvəndinin istehsalına başlaya bilər” - Matviyenko 

Hazırda oxunan: “Azərbaycan rus peyvəndinin istehsalına başlaya bilər” - Matviyenko 

18056

Azərbaycanda koronavirusa qarşı Rusiya peyvəndlərinin istehsalına başlanması məsələsi nəzərdən keçirilir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasından Valentina Matviyenko Azərbaycan parlamentinin sədri Sahibə Qafarova ilə görüşdə məlumat verib.

"Sizinlə bu sahədə əməkdaşlığımız davam edəcək, Rusiya hər həftə öz peyvəndlərinin istehsalını demək olar ki, artırır. Biz təkcə peyvəndlərimizi tədarük etmirik, bildiyim qədər bu peyvəndlərin istehsalı və başqa ölkələrə göndərilməsi məsələsi Azərbaycanda da nəzərdən keçirilir”, deyə Matviyenko bildirib.

O, Spiknik peyvəndinin bu ilin aprel-may aylarında Azərbaycana tədarükü ilə bağlı Bakı ilə Moskva arasında razılıq əldə edildiyini xatırladıb.

Matviyenko "Əməkdaşlıq üçün açığıq, heç nəyi gizlətmirik, kommersiya məqsədləri güdmürük, amma planetdəki pandemiya ilə mübarizəyə böyük töhfə vermək istəyirik" deyib.

Ümumilikdə Rusiya-Azərbaycan münasibətlərindən danışan Federasiya Şurasının sədri vurğulayıb ki, Azərbaycan Prezidentinin ikitərəfli münasibətləri müttəfiqlik səviyyəsinə qaldırmaq niyyətini rəsmi Moskva alqışlayır. 

"Münasibətlərimizin inkişaf səviyyəsindən məmnunuq, liderlərimiz davamlı dialoqdadır, komandalarımız ikitərəfli sənədlərin razılaşdırılmış variantları üzərində işləyirlər. Əminəm ki, bu, yüksək səviyyəli görüş zamanı imzalanacaq", deyə o, fikrini yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO