“Beş aya yaxın sürən sabitliyin Ermənistan tərəfindən pozulması sülh prosesinə zərbə vurmaq məqsədi daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycan XİN başçısı Ceyhun Bayramov Berlində Almaniyalı həmkarı Annalena Berbokla görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
Annalena Berbok Azərbaycanı COP29-a ev sahibliyi etməsi münasibətilə TƏBRİK EDİB
Nazir Ceyhun Bayramov ölkəmizin normallaşma və sülh gündəliyinin irəlilədilməsində qərarlı olduğu bildirilib.
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında və qanunvericiliyində, siyasi və hüquqi proseslərdə ölkəmizə qarşı irəli sürülən ərazi iddialarını, qeyri-konstruktiv mövqe və ritorikasını davam etdirməsinin qəbuledilməz olduğu vurğulanıb.
Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Bizim.Media