Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Xocalı rayonuna səfər edib.
Bizim.Media xəbər verir ki, ölkəmizin başçısı Xocalı soyqırımı memorialının təməlini qoyub və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.
Sonra Prezident İlham Əliyev sakinlərlə birlikdə Xocalı şəhərində aparılan tikinti işləri ilə tanış olub.
Dövlətimizin başçısı və Xocalı rayon ictimaiyyətinin nümayəndələri daha sonra Xankəndi şəhərini gəziblər.
Dövlətimizin başçısı həm Xocalıda, həm də Xankəndidə sakinlərlə xatirə şəkilləri çəkdirib.
Prezidentin Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşünün videosunu təqdim edirik:
Bizim.Media