“30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq” - İlham Əliyev  - VİDEO

“30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq” - İlham Əliyev  - VİDEO

Hazırda oxunan: “30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq” - İlham Əliyev  - VİDEO

179971

“Həm 2020-ci ildə, həm də keçən ilin sentyabrında apardığımız hərbi əməliyyatlar bütün beynəlxalq humanitar hüquqa uyğun şəkildə aparılmışdır”. 

Bizim.Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev fevralın 26-da Xocalı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib. 

Bunun bir daha xalqımızın böyüklüyünü göstərdiyini vurğulayan dövlət başçısı qeyd edib: 

“Halbuki hər birimizin ürəyində qisas hissi var, hər birimiz o qanlı tarixə qayıdanda, o dəhşətli video və fotosənədlərə baxanda bizi qəzəb boğur, 30 il yox, 300 il keçsə də, bu qəzəb bizi buraxmayacaq. Bu, təbiidir, biz insanıq, ancaq eyni zamanda, biz böyük xalqın nümayəndələriyik”. 
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO