Xocalı qatillərinin DƏHŞƏTLİ ETİRAFLARI

Xocalı qatillərinin DƏHŞƏTLİ ETİRAFLARI

Hazırda oxunan: Xocalı qatillərinin DƏHŞƏTLİ ETİRAFLARI

179911

O dəhşətli və məşum gecədən bizi 32 illik zaman fasiləsi ayırsa da, heç nə unudulmayıb, heç nə yaddan çıxmayıb. Çünki o gecə ermənilər Xocalıda xalqımıza qarşı soyqırımı törədiblər. Məhz azərbaycanlı olduqlarına görə onlarla uşaq, qadın və qoca xüsusi qəddarlıqla qətlə yetirilib. 

Təsadüfi deyil ki, bunu ermənilər özləri də zaman-zaman etiraf ediblər. Məsələn, Robert Köçəryan Ermənistan prezidenti olarkən Avropa Şurasının mötəbər kürsüsündən dünya ictimaiyyətinə xitabən Qarabağda, xüsusən də Xocalıda keçirilən hərbi əməliyyatlarda iştirakından fəxr duyduğunu bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənilər Xocalıdakı cinayətlərə görə cəzasız qaldılar - Fransa nəşri


Ermənistanın Xocalı soyqırımı zamanı müdafiə naziri olmuş sabiq prezidenti Serj Sərkisyan da dəhşətli cinayətlərdə əli olduğunu 2019-cu ildə “BBC”-yə müsahibəsində etiraf etmişdi:

“Xocalıdan öncə azərbaycanlılar düşünürdülər ki, ermənilər mülki əhaliyə əl qaldıra bilməyən xalqdır. Biz bu stereotipi sındırdıq”. 

“13 yaşlı uşağı divara mismarlayıb...”

Erməni ideoloq, yazıçı - şair Zori Balayan "Ruhumuzun dirçəlişi" adlı kitabında 1992-ci ilin 26 fevralında Xocalıda törətdikləri soyqırım haqqında belə yazır: 

"Biz Xaçaturla ələ keçirdiyimiz evə girərkən əsgərlərimiz 13 yaşlı bir türk uşağını pəncərəyə mismarlamışdılar. Türk uşağı çox səs-küy salmasın deyə Xaçatur uşağın anasının kəsilmiş döşünü onun ağzına soxdu. Daha sonra 13 yaşındakı türkün başından, sinəsindən və qarnından dərisini soydum. Saata baxdım, türk uşağı 7 dəqiqə sonra qan itirərək dünyasını dəyişdi. Ruhum sevincdən qürurlandı. 

Xaçatur daha sonra ölmüş türk uşağının cəsədini tikə-tikə doğradı və bu türklə eyni kökdən olan itlərə atdı. Axşam eyni şeyi daha 3 türk uşağına etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bilirdim ki, hər bir erməni hərəkətlərimizlə fəxr edəcək". 

“Ölülərdən körpü düzəltdik”

Hazırda Livanda məskunlaşmış yazıçı-jurnalist David Xerdiyanın Xocalıda ermənilərin Azərbaycan türklərinin başına gətirdikləri münasibətləri əks etdirən "Xaç uğrunda" kitabında yazılıb:

"Səhərin soyuğunda biz Daşbulaq yaxınlığındakı bataqlıqdan keçmək üçün ölülərdən körpü düzəltməli olduq. Mən ölülərin üstünə getmək istəmədim. Bunu görən podpolkovnik (red. polkovnik-leytenant) Ohanyan mənə işarə etdi ki, qorxmayın. Mən ayağımı 9-11 yaşlı qız meyitinin sinəsinə basıb addımlamağa başladım. Mənim ayaqlarım və şalvarım qan içində idi.

Mən beləcə 1200 meyitin üstündən keçdim. Ermənilər tərəfindən qətlə yetirilmiş azərbaycanlı uşaqların sinəsi yarılıb ürəkləri parçalanmış, əksər meyitlər isə tikə-tikə doğranmışdı…

…Martın 2-də "Qaflan" erməni qrupu (meyitləri yandırmaqla məşğul olurdu) 2000-ə yaxın alçaq monqolun (türklərin) cəsədlərini toplayıb ayrı-ayrı hissələrlə Xocalının 1 kilometrliyində yandırdı…

…Axırıncı yük maşınında mən başından və qollarından yaralanmış təxminən 10 yaşlı bir qız uşağını gördüm. Diqqətlə baxanda gördüm ki, o yavaş-yavaş nəfəs alır. Soyuq, aclıq və ağır yaralanmasına baxmayaraq, o hələ də sağ idi. Ölümlə mübarizə aparan bu uşağın gözlərini mən heç vaxt yaddan çıxarmayacam. Sonra Tiqranyan familiyalı bir əsgər onun qulaqlarından tutub artıq üzərinə mazut tökülmüş cəsədlərin içərisinə atdı. Daha sonra onları yandırdılar. Tonqaldan ağlamaq və imdad səsləri gəlirdi".

Dünya mətbuatının yazdıları...

Rusiyanın “Moskovski komsomolets” qəzetində 29 yanvar 1994-cü ildə nəşr olunan bir yazıda qeyd edilir:

“Xocalıdan əsir gətirilənləri gördük. Lakin onlar daha yaşamağa yaramırlar. Qışın şaxtasında onları sübh tezdən ayaqyalın halda qarın-buzun üzərinə çıxarırlar. Üstlərinə soyuq su tökür, başlarında şüşə sındırırlar… Bir erməninin azərbaycanlı uşağı ikiyə böldüyünün şahidi oldum. Sonra uşağın bədəninin bir parçası ilə anasının üzünə və başına o qədər vurdu ki, övladının qanına bulanan zavallı qadın dəli olub gülməyə başladı”.

İngiltərənin “Frant line news” telekompaniyasının əməkdaşı Rori Patriks Xocalı hadisələrini belə təsvir etmişdi:

“Naxçıvanik kəndi (Xocalı ətrafında) yaxınlığında mən onlarla eybəcər hala salınmış meyitlər gördüm. Bunlar Xocalı şəhərinin dinc əhalisi, yaxın məsafədən güllələnmiş uşaqlar, qadınlar, qocalar idi”.

Kanada ermənisi, hüquqşünas Vaskel Sitaryan İspaniyada nəşr edilən “Levante” qəzeti (1992-ci il 26 mart) yazır: 

“Biz ermənilər 26 fevral Xocalıda baş verən hadisələrlə bağlı özümüz-özümüzü dünyada rüsvay etdik. Bizim üçün ağır olan beynəlxalq məhkəmələr qurulacaq. Kimdir erməni millətini məhkəmə qapılarına sürükləyən?”.

Helsinki Vətəndaş Assambleyasının Qarabağ üzrə nümayəndələrindən biri Karen Ohancanyan müsahibəsində deyir:

“Mən Ermənistanda yeganə adamam ki, Xocalıda yaşayan Azərbaycan millətindən olan dinc vətəndaşlara qarşı zorakılığa görə şəxsən öz adımdan üzr istəmişəm”. Nəzərə alaq ki, ermənilərin törətdikləri bu soyqırımına ölkəmizdə siyasi və hüquqi qiymət verilib. 

Azərbaycan Respublikasında Xocalı faciəsi ilə bağlı başlanan istintaq iş üzrə 3000 nəfər şahid və zərərçəkmiş şəxs qismində dindirilib. 800-dən artıq ekspertiza keçirilib. Nəticədə, 39 nəfərin (onlardan 18-i keçmiş SSRİ Müdafiə Nazirliyinin 366-cı motoatıcı alayının hərbi qulluqçuları, 8-i Xankəndi və Əskəran Daxili İşlər Şöbəsinin əməkdaşlarıdır) Xocalı qətliamında iştirakı tam sübuta yetirilib. Onlar axtarışdadırlar.

Qeyd edək ki, dəhşətli cinayət əməli nəticəsində 613 nəfər dinc azərbaycanlı milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca olub.
Nəticədə 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bundan başqa, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi naməlumdur. 

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO