Rəsmi Bakı: Ermənistanın cəzasızlığı Vətən müharibəsində əhaliyə qarşı cinayətlərə gətirib çıxardı

Rəsmi Bakı: Ermənistanın cəzasızlığı Vətən müharibəsində əhaliyə qarşı cinayətlərə gətirib çıxardı

Hazırda oxunan: Rəsmi Bakı: Ermənistanın cəzasızlığı Vətən müharibəsində əhaliyə qarşı cinayətlərə gətirib çıxardı

179846

“Ermənistanın törədilən insanlıq əleyhinə cinayətlərə görə cəzasızlığına son qoyulmaması, bu ölkənin mövcud təcrübəsini davam etdirərək 44 günlük Vətən müharibəsi zamanı hərbi əməliyyatların getdiyi ərazilərdən uzaqda, Gəncə, Bərdə, Tərtər kimi bölgələrdəki əhaliyə qarşı müharibə cinayətlərini törətməsinə gətirib çıxardı”.

Bizim.Media xəbər verir ki, bu, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin Xocalı soyqırımının 32-ci ildönümü ilə bağlı bəyanatında yer alıb.

“Bu bir daha soyqırımı kimi universal yurisdiksiyanın tətbiq dairəsində olan insanlıq əleyhinə cinayətlərin təqsirkarlarının məsuliyyətə cəlb olunmamasının ağır nəticələrini göstərir", - nazirlik vurğulayıb.
"Bu baxımdan, cinayətkarların cəzasızlığına son qoyulması istiqamətində milli, o cümlədən beynəlxalq səviyyədə görülən tədbirlərin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsi, habelə bu sahədə əməkdaşlıq müstəsna əhəmiyyət kəsb edir”, - XİN-dən əlavə olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO