“Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq” - Zelenski 

“Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq” - Zelenski 

Hazırda oxunan: “Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq” - Zelenski 

179835

Azərbaycanın sülh formulunda iştirakından məmnun olardıq.

Bizim.Media xəbər verir ki, bunu Kiyevdə keçirdiyi mətbuat konfransında Ukrayna Prezidenti Volodimir Zelenski report.az-ın sualını cavablandırarkən deyib.

"Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir. Azərbaycan suveren hüququn, sülhün tərəfdarıdır.
"Digər tərəfdən təbii ki imkanları daxilində Azərbaycanı sülh formulunda da iştirakından məmnun olardıq"- o, qeyd edib.

Prezident Ukraynanın yeni dostları ilə bağlı gözləntilərindən də danışıb:

"Söhbət qlobal cənubdan gedir. Onların sülh gəmisində olması bizim üçün çox vacibdir. Bu, sülh və sülh sammitinin formuludur. Bunun üzərində işləyirik”.

Bilirsiniz ki, hələ də tarazlıqda olan, bir az şübhəli olan dövlətlər var: Bu, Latın Amerikasında, həm də Afrikada olan ölkələrdir. Biz isə çalışırıq ki, onlar sülh tərəfini seçsinlər", - Zelenski əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO