Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası KEÇİRİLİR 

Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası KEÇİRİLİR 

Hazırda oxunan: Bakıda Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyası KEÇİRİLİR 

179320

Bakıda Asiya Parlament Assambleyasının (APA) 14-cü Plenar Sessiyasının açılış mərasimi keçirilir. 

Bizim.Media xəbər verir ki, sessiya “Asiyada dayanıqlı inkişaf naminə regional əməkdaşlığın gücləndirilməsi” mövzusuna həsr olunub. 

Sessiyada 40-dək ölkənin parlament nümayəndə heyəti, o cümlədən 10-a yaxın ölkənin spikeri iştirak edir. 
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə, sosial və mədəni sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlər müzakirə olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. 

Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA-nın yekun hesabatı qəbul ediləcək. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO