Belarus Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi əməliyyatların tamamilə dayandırılmasına dair razılaşmanı səmimi qəlbdən alqışlayır. Bu, bölgədə davamlı sülhün təməli olmalıdır, çünki mühüm bir siyasi qərardır.
Bizim.Media xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqlardan sonra jurnalistlərlə görüşündə deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Belarus şirkətlərini Qarabağda qruculuq işlərinə dəvət etdi
İnformasiyanı Belarusun BelTA agentliyi yayıb.
"30 il davam edən bu dəhşətli faciənin sona çatmasına görə Azərbaycan və Ermənistan xalqlarını təbrik edirəm. Mənim mövqeyim həm Azərbaycanda, həm də Ermənistanda hamıya məlumdur”, deyə Belarus lideri qeyd edib.
“Allah elə imkan versin ki, bu bəla düzəlsin. Azərbaycan və erməni xalqlarının ruhunda və qəlbində qırıntılar olmasın. Mən əminəm ki, dostum və qardaşım İlham Əliyev heç bir intiqam almayacaq”. Lukaşenko əlavə edib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, Azərbaycanın da hədəfi Ermənistanla münasibətlərdə etimadı gücləndirməkdir:
“Hesab edirik ki, ərazilərin bərpasında dost, etibarlı tərəfdaş kimi Belarusun da fəal iştirak edəcəyini gözləyirik. Belarus Ermənistanın tərəfdaşıdır, hər ikisi Avrasiya İqtisadi Birliyinin və KTMT-nin üzvüdür, eyni zamanda Azərbaycanın yaxın dostudur. Ermənistanla Azərbaycan arasında əlaqələrin qurulmasında mühüm rol oynaya bilər”.
Bizim.Media