Paşinyandan GERİ ADDIM – Rusiya Nikolun göz yaşlarına İNANMAYACAQ...

Paşinyandan GERİ ADDIM – Rusiya Nikolun göz yaşlarına İNANMAYACAQ...

Hazırda oxunan: Paşinyandan GERİ ADDIM – Rusiya Nikolun göz yaşlarına İNANMAYACAQ...

177764

Ermənistanın baş naziri Nikol Paşinyan "Telegraph"a müsahibəsində bildirib ki, Ermənistan Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında bəzi şəxslərin, o cümlədən Vladimir Putinin həbsi ilə bağlı qərarlar qəbul etmir.

Paşinyanın bir həftədə dəyişən mövqeyi 

“2018-ci ildən sonra Ermənistanda məhkəmə-hüquq sistemində ciddi islahatlara başlanılıb və bu sahədə böyük irəliləyişlər qeydə alınıb. Bizdə kimin həbs edilib, kimin həbs olunmamasına baş nazir qərar vermir”, – hökumət başçısı vurğulayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Qərbi Azərbaycan İcmasından Paşinyana CAVAB: “Yalan danışıb, böhtan atıb” 


Qeyd edək ki, 2023-cü ilin oktyabrında Ermənistan parlamenti Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunu ratifikasiya edib. Bu, İrəvanı Putinin ölkəyə səfər edəcəyi təqdirdə BCM-nin onun həbs edilməsi barədə qərarına əməl etməyə məcbur edir.

Digər tərəfdən, Paşinyan və digər erməni rəsmiləri İrəvanın hərbi əməkdaşlıq sahəsində rusiyalı tərəfdaşlarla işləməyə davam etdiyini də diqqətə çatdırıblar. Hansı ki, Ermənistan Rusiyadan silah almaq üçün lazım olan vəsaiti çoxdan ödəsə də, son zamanlara qədər həmin hərbi vasitələr İrəvana verilməmişdi. İndi isə həmin silahlar tədricən Ermənistana verilir. Bunun əsasında da Paşinyan hərbi əməkdaşlıq sahəsində Rusiya ilə işləməyə davam etdiklərini deyir. 

Halbuki, fevralın 2-dəki çıxışında Paşinyan Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq artıq keçmişdəki kimi ola bilməyəcəyinə işarə vurmuşdu: 

“Əvvəllər Ermənistanın müdafiə sahəsindəki münasibətlərinin 97 %-i Rusiya ilə bağlı idi. İndi bu, obyektiv və subyektiv səbəblərdən belə davam edə bilməz”.

Görünən odur ki, Paşinyan Rusiya qarşısında müəyəyn qədər geri addım atmağa başlayır. Ola bilsin, Kremlin İrəvana təpki və təzyiqləri artıq nəticə verməyə başlayıb.

Ermənistan geri addım atır?

Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Abutalıb Səmədov isə düşünür ki, Paşinyanın son müsahibəsində Rusiya və onun Prezidenti barədə söylədikləri qətiyyən Moskva qarşısında geri çəkilməsi kimi qiymətləndirilə bilməz: 

“Əksinə, onun Roma statutunun qəbulu və Putinin həbsilə bağlı söylədikləri Rusiyada ciddi narazılıq doğuracaq. Putinin Ermənistana səfəri zamanı həbs olunmayacağını açıq və birmənalı şəkildə demək əvəzinə, həmin məsələnin prokurorluğun səlahiyyətinə aid olduğunu deməklə Paşinyan qeyri-müəyyənlik yaradır. Buradan belə görünür ki, prokurorluq qərar versə, Putini həbs edə bilərlər. Paşinyan əlavə olaraq onu da qeyd edib ki, dövlət başçılarının immuniteti var. Güman etmirəm ki, Putin bir də Ermənistana səfər etsin”. 

Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığına gəldikdə, həmsöhbətimiz qeyd edir ki, bu İrəvanın ödədiyi pullara görə hələ də ala bilmədiyi silahlarla bağlıdır: 

“Ermənistanın Rusiya ilə hərbi əməkdaşlığına gəldikdə, İrəvan Moskvaya bununla bağlı 400 milyon dollar pul ödəyib. Amma neçə ildir Ermənistan Rusiyadan sifariş etdiyi bu silahları ala bilmir. Lakin həmin silahların alınmasından sonra Rusiya ilə hərbi əməkdaşlıq böyük ehtimalla minimuma enəcək. Çünki Qərb Rusiya ilə hərbi əməkdaşlığı dayandırmağı İrəvanın qarşısına tələb kimi qoyub. 

Digər tərəfdən, Ukrayna müharibəsinin uzanması da Rusiyanın silah satmaq imkanlarını xeyli məhdudlaşdırır. Eyni zamana, Paşinyan Rusiya ilə körpüləri yandırıb və geri qayıtmağa heç bir yol qoymayıb”.  

Rüfət Sultan, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO