MDB baş katibi: “Bakı və İrəvan sülhə doğru irəliləyir” - VİDEO

MDB baş katibi: “Bakı və İrəvan sülhə doğru irəliləyir” - VİDEO

Hazırda oxunan: MDB baş katibi: “Bakı və İrəvan sülhə doğru irəliləyir” - VİDEO

176983

“Hazırda Ermənistan və Azərbaycan arasında sülhə doğru atılan addımlarda irəliləyiş var”. 

Bizim.Media xəbər verir ki, bunu Müstəqil Dövlətlər Birliyinin (MDB) Baş katibi və Azərbaycanda keçirilən növbədənkənar prezident seçkilərini izləyən MDB müşahidəçilər missiyasının rəhbəri Sergey Lebedev jurnalistlərə açıqlamasında bildirib.

“Birlik İrəvanla Bakı arasında sülh müqaviləsinin imzalanması ilə bağlı bəyanatların uğurlu nəticələrinə yalnız sevinə bilər”, - deyə Lebedev qeyd edib.
O, əlavə edib ki, MDB və Rusiya liderləri Cənubi Qafqazda sülhün bərqərar olmasında son dərəcə maraqlıdırlar.

Qeyd edək ki, bu gün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir. MDB Müşahidə Missiyası Azərbaycandakı seçkiləri müşahidə etmək üçün 17 yanvardan etibarən fəaliyyət göstərir. S.Lebedev 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 38 saylı seçki məntəqəsində müşahidə aparıb.
 


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO