“Mən demişdim ki, heç vaxt ölkəmizin ərazi bütövlüyü danışıqlar predmeti olmayacaq və olmayıb. Və həyat bunu təsdiqlədi. Mənim o vaxt danışıqların uğurla başa çatmasına inamım var idi. Çünki mən təzə seçilmişdim.
Mən riyakarlığın necə böyük vüsət almasından xəbərsiz idim. Hesab edirdim ki, tərəf müqabili nəyi deyirsə o da həqiqətdir. Sonra anladım ki bütün bu illər ərzində bizi aldatmağa çalışıblar. Məsələni həll etmək yox dondurmaq istəmişdilər”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidneti İlham Əliyev Hərbi Qənimətlər Parkının açılışından sonra hərbçilərlə görüşündə səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
“Xarici paytaxtlarda qərar verildi ki, İlham Əliyevi devirməliyik” - Dövlət başçısı
Dövlət başçısı deyib ki, danışıqlar aparılmaqla paralel hazırlıq işləri də gedib.
“Bütün bu 17 il ərzində bizim əsas büdcə xərcləri hərbi xərclər olmuşdu. Və biz istədiyimizə nail olduq. Ordunun döyüş qabiliyyəti gücləndi. Müasir silah-sursatla təchiz edildi. Bir çox mənbələrdən biz bu texnikanı almışıq.
Bir ölkədən asılı olmamaq üçün. Və buna nail olmaq üçün sənin gərək tərəfdaş ölkələrlə sıx əlaqələrin olsun.
Çünki silah bazarı çox həssasdır. Burada biznes maraqları hər şeyi həll etmir. Siyasi məsələlər hər şeyi həll edir.
Biz tərəfdaş ölkələrdən elə texnika almışıq ki, əgər bir mənbədən olan texnikaya bir şey olarsa, bizim rezerv mənbələrimiz var. Və İkinci Qarabağ müharibəsi bunu göstərdi”.
Bizim.Media