Spiker: “AŞPA-da son olanlar Azərbaycana qarşı yalan kampaniyasının tərkib hissəsidir”

Spiker: “AŞPA-da son olanlar Azərbaycana qarşı yalan kampaniyasının tərkib hissəsidir”

Hazırda oxunan: Spiker: “AŞPA-da son olanlar Azərbaycana qarşı yalan kampaniyasının tərkib hissəsidir”

176190

“Bəzi dövlətlər və beynəlxalq təşkilatlar, xüsusilə AŞPA işğal dövründə keçmiş məcburi köçkünlərimizin hüquqlarının bərpası ilə bağlı danışmayıb, bu gün isə eyni mövqeni Ermənistandan olan azərbaycanlı qaçqınlarla bağlı nümayiş etdirir”.

Bizim.Media xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova Çex Respublikası parlamentinin Deputatlar Palatasının sədri Marketa Pekarova Adamova ilə görüşdə deyib.

S.Qafarova Ermənistanın və onun havadarlarının beynəlxalq ictimaiyyəti aldatmağa yönəlmiş hərəkətlərini, Azərbaycana qarşı yalan kampaniyasını pisləyib, AŞPA-da baş verən son proseslərin bu kampaniyanın tərkib hissəsi olduğunu deyib.
Marketa Pekarova Adamova diqqətə çatdırıb ki, Çexiya parlamentariləri AŞPA-da Azərbaycanla bağlı sözügedən məsələnin müzakirəsində iştirak etməyib və lehinə səs verməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO