Lukaşenko sabah Azərbaycana gələcək 

Lukaşenko sabah Azərbaycana gələcək 

Hazırda oxunan: Lukaşenko sabah Azərbaycana gələcək 

17587

Belarus Prezidenti Aleksandr Lukaşenko aprelin 13-də Azərbaycana gələcək.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BELTA agentliyi prezidentin mətbuat xidmətinə istinadən yayıb.

Mənbə bildirir ki, iki günlük proqramda zəngin danışıqların olacağı gözlənilir.

Xüsusən, Belarus dövlətinin başçısı Aleksandr Lukaşenko və Azərbaycan Prezidenti İlham Əliyevin iki görüşü olacaq.

Bunlardan biri Belarus liderinin Bakıya gəlişindən dərhal sonra baş tutacaq. Qeyri-rəsmi atmosferdə dövlət başçıları Belarus-Azərbaycan münasibətlərinin əsas istiqamətlərini və ikitərəfli əməkdaşlığın strateji məsələlərini müzakirə edəcəklər.

Danışıqların rəsmi hissəsinin çərşənbə günü keçirilməsi planlaşdırılır. Prezidentlərin görüşü heyət üzvlərinin iştirakı ilə dar və geniş tərkibdə keçiriləcək.

Əsas diqqət ticarət-iqtisadi qarşılıqlı əlaqələrin genişləndirilməsinə və əməkdaşlığın yeni məzmunla doldurulmasına yönəldiləcəkdir.

Tərəflər sənaye kooperasiya məsələlərini, qida istehsalı və təchizatı, kənd təsərrüfatı məhsullarının emalı sahəsində cari və gələcək layihələrin həyata keçirilməsini nəzərdən keçirəcəklər. Həm də digər mövzulara toxunacaqlar: səhiyyə, elmi-texniki, təhsil və turizm sahələrində əməkdaşlıq.

Dövlət başçıları beynəlxalq gündəlikdəki aktual məsələlər barədə də fikir mübadiləsi aparacaqlar.

Danışıqlar nəticəsində ikitərəfli sənədlərin imzalanması gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO