XİN: Mina partlayışlarının çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib

XİN: Mina partlayışlarının çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib

Hazırda oxunan: XİN: Mina partlayışlarının çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib

175146

Azərbaycan tərəfi dəfələrlə, həm 2020-ci il Vətən müharibəsindən əvvəl, həm də post-münaqişə dövründə Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməsini tələb edib. 10 noyabr 2020-ci il tarixli Üçtərəfli bəyanatın imzalanmasından sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan beynəlxalq təzyiq nəticəsində təqdim etdiyi kiçik qisim mina xəritələrinin etibarlılığının yalnız 25% təşkil etdiyi məlumdur. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Azərbaycana mina xəritələrinin təqdim olunması niyyəti barədə 25 yanvar 2024-cü il tarixli bəyanatına dair şərhində qeyd edilib.

Bildirilib ki, təqdim edilmiş bu xəritələrin yararsız və natamam olduğu, real vəziyyəti əks etdirmədiyi dəfələrlə tərəfimizdən bildirilib. Bu xəritələrdə ərazilərimizdə guya 400 min mina basdırıldığı qeyd olunsa da, reallıqda minaların sayının 1 milyondan artıq olduğu faktı mövcuddur.

Eyni zamanda qeyd edək ki, son illərdə mina partlayışlarının 55%-dən çoxu Ermənistan tərəfindən təhvil verilən xəritələrdən kənar ərazilərdə baş verib. 

Xatırladırıq ki, 2020-ci il Vətən müharibəsinin başa çatmasından etibarən bu günədək 342 nəfər vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 3 nəfər jurnalist daxil 65 nəfər həlak olub. Həlak olan 65 nəfərdən 50 nəfəri mülki şəxsdir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO