Xəbər verdiyimiz kimi, Bakı AŞPA-da formalaşan dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında bu qurumla əməkdaşlığı dondurub. Öz növbəsində AŞPA Azərbaycan nümayəndə heyətinin səlahiyyətlərini ratifikasiya etməkdən imtina edib. Bu qərarın lehinə 76 deputat, əleyhinə 10 deputat səs verib, 4 deputat isə bitərəf qalıb.
Bizim.Media xəbər verir ki, səsvermənin nəticələrinə əsasən, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin səlahiyyətlərinin ratifikasiyasından imtina edilməsinə aşağıdakı ölkələrin nümayəndələri səs veriblər:
Ermənistan (4-dən 4-ü), Avstriya (6-dan 5-i), Belçika (7-dən 2-si), Bosniya və Herseqovina (5-dən 2-si), Danimarka (5-dən 2-si), Finlandiya (5-dən 3-ü), Fransa (18-dən 7-si), Almaniya (18-dən 4-ü), İrlandiya (4-dən 2-si), İtaliya (18-dən 5-i), Portuqaliya (7-dən 4-ü), Lüksemburq (3-dən 2-si), Norveç (5-dən 3-ü), Rumıniya (10-dan 2-si), İspaniya (12-dən 7-si), İsveç (6-dan 6-sı), İsveçrə (6-dan 4-ü), İslandiya (3-dən 2-si), Litva (4-dən 1-i), Malta (3-dən 1-i), San Marino (2-dən 1-i), Andorra (2-dən 2), Xorvatiya (5-dən 1-i), Monako (2-dən 1-i), Sloveniya (3-dən 1-i) , Böyük Britaniya (18-dən 1-i).
Türkiyədən bir nümayəndə Berdan Öztürk bu qərara səs verib. Bu, təəccüblü deyil, çünki Öztürk Türkiyə prezidenti Ərdoğanın qızğın rəqibidir.
Türkiyə nümayəndə heyətinin nümayəndələri (18 nəfərdən 9-u), eləcə də Albaniyadan olan bir nümayəndə Blerina Gjilameti (4-dən 1-i) əleyhinə səs verib.
İsveçrənin iki nümayəndəsi Damien Cottier və Roland Rino Büchel, həmçinin Bosniya və Herseqovinadan olan nümayəndə Snezana Novakovic Bursac və Norveç nümayəndəsi Lise Kristoffersen AŞPA qərarının lehinə və ya əleyhinə səs verməkdə bitərəf qalıblar.
Azərbaycan nümayəndə heyəti hələ səsvermədən əvvəl təşkilatı tərk edərək “AŞPA-da formalaşmış dözülməz irqçilik, azərbaycanofobiya və islamofobiya mühiti qarşısında Azərbaycan nümayəndə heyətinin AŞPA-da qarşılıqlı fəaliyyətini və mövcudluğunu dayandırmaq qərarına gəldiyini” vurğulayıb.
Qeyd edək ki, Ukrayna, Gürcüstan, Bolqarıstan, Yunanıstan, Kipr, Latviya, Lixtenşteyn, Moldova, Macarıstan, Niderland, Polşa, Şimali Makedoniya, Serbiya, Slovakiya, Monteneqro, Çexiya və Estoniya nümayəndə heyətləri səsvermədə iştirakdan imtina ediblər.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
14:14 / 25.01.2024
AŞPA-da kimlər Azərbaycanın lehinə səs verdi? - SİYAHI
Hazırda oxunan: AŞPA-da kimlər Azərbaycanın lehinə səs verdi? - SİYAHI
Hazırda oxunan: AŞPA-da kimlər Azərbaycanın lehinə səs verdi? - SİYAHI
175054
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.