Ermənistanın ƏNƏNƏVİ SİYASƏTİ – ASALA və VOMA yenidən AKTİVLƏŞDİRİLİR...

Ermənistanın ƏNƏNƏVİ SİYASƏTİ – ASALA və VOMA yenidən AKTİVLƏŞDİRİLİR...

Hazırda oxunan: Ermənistanın ƏNƏNƏVİ SİYASƏTİ – ASALA və VOMA yenidən AKTİVLƏŞDİRİLİR...

173642

Son gedişlər göstərir ki, ASALA və VOMA kimi erməni terror təşkilatları yenidən aktivləşdirilir. Erməni politoloq Aram Poqosyanın dünən Ermənistan KİV-ə açıqlamasında səsləndirdiyi fikirlər də bunu sübut edir. Politoloq qeyd edib ki, “proksi qüvvələrin” (red. terror təşkilatları) orduya inteqrasiyası təmin olunmalıdır. 

Həmin “proksi” qüvvələr kimdir?

Cənubi Qafqazda cərəyan edən hadisələrin mənafelərinə cavab verməməsi fonunda erməni diasporu, xaricdəki müəyyən dağıdıcı qüvvələr öz maraqlarını təmin etmək üçün yenidən terror təşkilatlarına üz tuturlar. Bu əsasda da ASALA və VOMA kimi terror təşkilatları yenidən gücləndirilir. 
 

MÖVZU İLƏ BAĞLI:

ASALA-nın Ermənistana savaş ELANI – Paşinyanı hansı aqibət GÖZLƏYİR?


Qeyd edək ki, VOMA terror təşkilatı yaxın dövrlərdə yaradılıb. Bu təşkilat PKK-dan, “ASALA” nın törəmələrindən ciddi dəstək alır. Terror təşkilatına erməni əsilli Rusiya vətəndaşı, kəşfiyyatçı Vova Vartanov başçılıq edir.

Azərbaycan hüquq-mühafizə orqanları həmin terror təşkilatının Qarabağ savaşında, xüsusən Xankəndi ətrafında ciddi fəaliyyət göstərdiyini təsbit edib. “VOMA” üzvləri azərbaycanlı əsgərlərə və mülki şəxslərə hücumlar həyata keçirib. Terror təşkilatı yaşları 18-dən 55-ə qədər olan insanları muzdla öz sıralarında toplayır, Avropadan təşkilata qatılmaq istəyənlərin təyyarə biletləri də daxil olmaqla, bütün xərcləri ödənilir. “VOMA” üzvlərini Ermənistanda toplayırlar və çox ciddi təlim keçirlər. 

ASALA isə ermənilərin ən populyar terror təşkilatıdır. Onlar, ötən əsrin sonlarında Azərbaycan və Türkiyə ziyalılarına, diplomatlarına qarşı törətdikləri terror hücumları, eyni zamanda Qarabağda törətdikləri vəhşiliklərlə ad qazanıblar.

“Azərbaycan və Türkiyəni hədəf almağı planlaşdırırlar”

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyir ki, ASALA və VOMA kimi terror təşkilatlarına qarşı mübarizə üçün Azərbaycan indidən preventiv addımlar atmalıdır: 

“ASALA və VOMA kimi terror təşkilatlarının yenidən aktivləşdirilməsi sözsüz ki, birbaşa Türkiyə və Azərbaycana qarşı yönəlik fəaliyyətlər üçün nəzərdə tutulur. Beynəlxalq güclər də bölgədə qarışıqlıq yaratmaq üçün bu kimi terrorçu qruplardan istifadə etməyə çalışırlar. Ona görə də ayıq-sayıq olmalı və terrorizmə qarşı mübarizədə Türkiyə ilə birgə hərəkət etməliyik. 

Çünki terrorizmə qarşı mübarizədə Türkiyənin böyük təcrübəsi var. Həm də onların hansısa bir şəkildə Azərbaycan ərazisinə sızması, hansısa bir addım atmalarına yol vermək olmaz. Ermənistanın özündə də hazırda kifayət qədər terrorçu təşkilatlar var. 
Elə ola bilər ki, Azərbaycan da Türkiyənin etdiyi kimi müəyyən məqamlarda başqa yerlərdə də terror yuvaları quran terrorçuların dağıdılması üçün də addım atmağa məcbur ola bilərik. Ona görə də terrorçuların aktivləşməsinin qarşısını almaq üçün indidən preventiv addımlar atmalıyıq. Bu təhlükəli simptomdur. Əsas hədəf isə Türkiyə ilə Azərbaycandır”.

Rüfət Sultan, Bizim.Media 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO