“Media subyektləri vasitəsilə seçkiqabağı təşviqat ödənişli və ödənişsiz əsaslarla aparılır. Ödənişsiz efir vaxtı qanunla müəyyən olunmuş media subyektləri vasitəsilə aparılır. Həmin media subyektləri həmçinin ödənişli efir vaxtı da vermək hüququna malikdirlər”.
Bizim.Media xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin seçkilərdə fəaliyyətinin əsaslarına həsr edilən müşavirədə çıxışı zamanı deyib.
O bildirib ki, qeydə alınmış namizədlərin bir-birinə münasibətdə üstünlük hüququ yoxdur. Təşviqat zamanı onlara biri -birinə münasibətdə üstünlük hüququ verilə bilməz.
Qeyd edək ki, Bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin Azərbaycan Respublikası Prezidenti Seçkilərində fəaliyyətinin əsaslarına həsr edilən müşavirə Mərkəzi Seçki Komissiyası, Medianın İnkişafı Agentliyi, Audiovizual Şura və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilir.
Günay Şahmar, Leyla Qəhrəmanova, Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:14 / 11.01.2024
“Namizədlərin bir-birinə münasibətdə üstünlük hüququ yoxdur” – MSK üzvü
Hazırda oxunan: “Namizədlərin bir-birinə münasibətdə üstünlük hüququ yoxdur” – MSK üzvü
Hazırda oxunan: “Namizədlərin bir-birinə münasibətdə üstünlük hüququ yoxdur” – MSK üzvü
172923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.