Əliyev və Putin Qarabağla bağlı müzakirə apardı - YENİLƏNİB

Əliyev və Putin Qarabağla bağlı müzakirə apardı - YENİLƏNİB

Hazırda oxunan: Əliyev və Putin Qarabağla bağlı müzakirə apardı - YENİLƏNİB

17247

Aprelin 8-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

Bizim.Media  xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatlarına müvafiq olaraq vəziyyətin daha da sabitləşdirilməsinin müzakirəsi davam etdirilib.

Söhbət zamanı xüsusi olaraq sülhün, təhlükəsizliyin və regionun davamlı sosial-iqtisadi inkişafının təmin olunması, həmçinin nəqliyyat kommunikasiyalarının bərpası üzrə işin gedişi ətraflı şəkildə nəzərdən keçirilib.

Bu baxımdan aprelin 7-də Moskvada Rusiya-Ermənistan yüksək səviyyəli görüşünün yekunları nəzərə alınıb. Müxtəlif formatlarda təmasların fəallaşdırılması qərara alınıb.

***

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevlə Putin arasında mühüm danışıq – Qarabağla bağlı nələr müzakirə edildi? 


Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, telefon söhbəti zamanı Dağlıq Qarabağ ətrafında vəziyyət, nəqliyyat kommunikasiyalarının bərpası ilə bağlı müzakirə aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO