Azərbaycanda prezident seçkilərini izləyəcək ATƏT müşahidəçilərinin sayı BİLİNDİ

Azərbaycanda prezident seçkilərini izləyəcək ATƏT müşahidəçilərinin sayı BİLİNDİ

Hazırda oxunan: Azərbaycanda prezident seçkilərini izləyəcək ATƏT müşahidəçilərinin sayı BİLİNDİ

171222

ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) gələn il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkilərini izləyəcək müşahidəçilərinin sayı məlum olub.

Bizim.Media xəbər verir ki, bu barədə report-a diplomatik mənbələrdən məlumat verilib.

Bildirilib ki, ATƏT/DTİHB-nin uzunmüddətli missiyasının tərkibi 26 nəfərdən ibarət olacaq. Qurum 250 nəfərdən ibarət isə qısamüddətli müşahidə missiyasının təmin edilməsi ilə bağlı ATƏT-ə daxil ölkələrə sorğu göndərib.

ATƏT/DTİHB missiyasının uzunmüddətli müşahidəçilərinin ölkəyə 2024-cü ilin yanvarında, qısamüddətli müşahidə missiyasının üzvlərinin isə seçkilərə 3-4 gün qalmış gəlməsi gözlənilir.

Qeyd edək ki, ATƏT/DTİHB-nin Azərbaycanda keçiriləcək prezident seçkilərini müşahidə etmək missiyasına İoğan Mörfi (İrlandiya) rəhbər təyin olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO