İrəvanın yalan maşını “xoda düşdü” – Qabil Hüseynli və ermənilərin “daş atmaq” böhtanı...

İrəvanın yalan maşını “xoda düşdü” – Qabil Hüseynli və ermənilərin “daş atmaq” böhtanı...

Hazırda oxunan: İrəvanın yalan maşını “xoda düşdü” – Qabil Hüseynli və ermənilərin “daş atmaq” böhtanı...

17080

Ermənilərin “yalan maşını” işini davam etdirir. Erməni media orqanları Azərbaycana qarşı böhtan kampaniyası aparırlar.  Belə ki, “newsarmenia”, “Sputnik Armenia” kimi saytlar iddia edir ki, guya Azərbaycan hərbçiləri martın 26-ı Əsgəranda və aprelin 6-da Qafan yolunda Ermənistana məxsus avtomobilləri daşlayıblar. 


Bizim.Media mövzu ilə bağlı politoloq Qabil Hüseynlininin fikirləni öyrəndi.
 

MÖVZU İLƏ BAĞLI:

“Bu məsələlər həllini tapmasa, qarşıda bizi yeni hərbi qarşıdurma gözləyir” – Qabil Hüseynli hansı məsələləri NƏZƏRDƏ TUTUR


Politoloq açıqlamasına bu sözlərlə start verdi ki, “bunlar heç nədən rezonans yaratmaq istəyirlər. Bununla ermənilər beynəlxalq ictimai fikiri özlərinə cəlb etmək niyyətindədirlər.

Guya azərbaycanlılarla birgə yaşamağın mümkün olmaması haqqında fitnə-fəsad uydurmağa çalışırlar. 

Nə daşlamaq? Yük maşınına nə daş atıblar? Hansı ağılsız insandır ki, o daşdan istifadə edir. Bu informasiyanı dünya ictimai rəyinə ötürməklə azərbaycanlılar haqqında birgə yaşamaq mümkün olmayan xalq obrazı, geridə qalmış millət təsəvvürü yaratmaq istəyirlər.  

Dəyyus ermənilər başa düşürlər ki, biz silahla onların dizini yerə qoymuşuq. İndi daş atmaqla onlara nəsə ziyan vurmaq bizə yaraşmaz. Biz bu addımı atmarıq. Uşaq-muşaq maşına daş ata bilər. Amma həmin yollarda azyaşlı yoxdur. Həmin ərazilərdə əsgərlər var. Hərbçilər isə belə hərəkət etməzlər. 

Bunların hamısını “barmaqdan sovurma yalan” hesab edirəm. Məqsəd, Azərbaycan ətrafında ideoloji mübarizəni yenidən qızışdırmaqdır”.

Politoloqun fikrincə, ermənilər bu yolla Azərbaycana qarşı anti-təbliğat kampaniyasına rəvac vermək istəyir ki, Bakının beynəlxalq imicinə xələr gətirsinlər: 

“Ermənilər həmişə etdiyi yalan-palanla Azərbaycanın nüfuzuna zərbə vurmağa çalışıblar. Azərbaycanın imicinə ziyan vurmaq üçün indi də bu üsullardan istifadə edirlər”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO