Nursultan Nazarbayev ölkəmizin başçısına təbrik məktubu ünvanlayıb

Nursultan Nazarbayev ölkəmizin başçısına təbrik məktubu ünvanlayıb

Hazırda oxunan: Nursultan Nazarbayev ölkəmizin başçısına təbrik məktubu ünvanlayıb

170313

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

Bizim.Media xəbər verir ki, məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Ölkənizin rifahı naminə fəaliyyətinizdə uğurlar diləyir, xalqınızın isə Sizin rəhbərliyinizlə gələcəkdə də xoşməramlı məqsədlərə nail olmasını arzu edirəm.
Əminəm ki, aramızdakı qarşılıqlı hörmət bundan sonra da davam edəcəkdir.

Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edərək Sizə ailə səadəti, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Azərbaycan xalqına isə firavanlıq və rifah arzulayıram".

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO